Avropa İttifaqı Ukraynaya makromaliyyə yardımı üzrə bir milyard avro köçürüb
Avropa İttifaqı Ukraynaya daha bir milyard avro maliyyə yardımı ayırıb. Bu vəsait Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirdən formalaşıb.
“Dalğatv” xəbər verir ki, Avropa Komissiyasının açıqlamasına görə, bu tranş Ukraynaya göstərilən müstəsna makromaliyyə dəstəyinin dördüncü hissəsini təşkil edir. Yeni köçürmə ilə birlikdə, 2025-ci ilin əvvəlindən bəri Ukraynaya ayrılan kreditlərin ümumi həcmi altı milyard avroya çatıb.
Avropa Komissiyası əlavə olaraq daha 12,1 milyard avro vəsaitin Kiyevə ötürülməsini planlaşdırır. Aİ rəsmiləri Ukraynaya həm maliyyə, həm hərbi, həm də siyasi dəstəyin davam edəcəyini bildiriblər.