Avropa Komissiyası: “MEGOBARI Aktı Gürcüstandakı proseslərə beynəlxalq diqqətin göstəricisidir”

Avropa Komissiyası ABŞ Konqresinin “MEGOBARI Aktı”nı qəbul etməsini Gürcüstanda baş verən hadisələrin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olduğunu göstərən mühüm siqnal kimi qiymətləndirib.

Qurumun yaydığı açıqlamada bildirilib ki, Gürcüstan hakimiyyətinin son zamanlar atdığı addımlar Avropa İttifaqının namizəd ölkələrdən gözlədiyi demokratik və hüquqi standartlara uyğun gəlmir. Komissiya qeyd edib ki, ABŞ Konqresinin bu təşəbbüsü beynəlxalq ictimaiyyətin Gürcüstandakı vəziyyətə verdiyi önəmin göstəricisidir.

Avropa Komissiyası Gürcüstan rəhbərliyini Aİ-nin əsas dəyərlərinə zidd olan qanunvericilik təşəbbüslərindən imtina etməyə və ölkənin Avropa inteqrasiya yoluna sadiq qalmağa çağırıb. Bildirilib ki, Avropa İttifaqı mövcud durumu diqqətlə izləyir və həm vətəndaş cəmiyyətinə dəstəyin artırılması, həm də hökumətə qarşı mümkün tədbirlərlə bu prosesə reaksiya verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey