İran səfiri Gürcüstanın beynəlxalq sanksiyalara əməl edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib

İranın Gürcüstandakı səfiri Seyid Əli Mojani Gürcüstanın beynəlxalq sanksiyalara əməl edəcəyi ilə bağlı açıqlamasına münasibət bildirib.

Dalğatv xəbər verir ki, diplomat sosial şəbəkədəki paylaşımında İranın Gürcüstanın qərarına hörmət etdiyini, lakin iranlıların səyahət üçün alternativ istiqamətlərə sahib olduğunu vurğulayıb.

“İranlılar səyahət istiqamətini təhlükəsizlik, rahatlıq, xərclər, qarşılıqlı hörmət və ləyaqət kimi amillər əsasında seçirlər. Gürcüstan seçimlərdən biri idi, lakin yeganə seçim deyildi”, – Mojani bildirib.

Səfir qeyd edib ki, turizm qarşılıqlı iqtisadi fayda yaradır və turist axınından otellər, restoranlar, nəqliyyat və digər xidmət sahələri də yararlanır.

Mojani Gürcüstan və gürcü xalqına hörmət və dostluğun dəyişməz qaldığını, eyni zamanda iranlıların seçim hüququna da hörmət edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın yeni sanksiyaları 27 İran aviaşirkətini əhatə edir. Onlardan bir neçəsi İran-Gürcüstan marşrutu üzrə uçuşlar həyata keçirir. Gürcüstan Mülki Aviasiya Agentliyi sentyabrın 10-da ölkənin beynəlxalq sanksiya rejiminə əməl edəcəyini açıqlayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey