Tamaz Boraşvili Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəhbəri seçilib.
Tamaz Boraşvili Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəhbəri seçilib.
Dalğatv xəbər verir ki, onun namizədliyini parlamentin 83 deputatı dəstəkləyib.
Qanunvericiliyə əsasən, DTX rəhbəri 6 il müddətinə seçilir. Bununla belə, son dövrlərdə quruma rəhbərlik edən şəxslər səlahiyyət müddəti başa çatmadan vəzifələrini tərk ediblər.
Qriqol Liluaşvili 2025-ci ilin aprelində vəzifədən ayrılıb. Daha sonra DTX-yə Anri Ohanaşvili, Mamuka Mdinaradze və Geka Geladze rəhbərlik ediblər.
Sonuncu rəhbər Geka Geladze vəzifəyə təyin olunmasından təxminən 5 ay sonra istefa verib.
Bundan sonra DTX-yə rəhbərlik Tamaz Boraşviliyə həvalə olunub.
