Hadson İnstitutunda Azərbaycanın mina problemi müzakirə olunub

ABŞ-nin Hadson İnstitutunda Azərbaycandakı mina problemi və bu təhdidə qarşı aparılan mübarizə səyləri müzakirə olunub.

“Dalğatv” xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, paytaxt Vaşinqtonda Hadson İnstitutunda təşkil edilən dəyirmi masa müzakirələrində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Xarici İşlər Nazirliyinin nümayəndə heyəti və diplomatik korpusun üzvləri iştirak ediblər.

Tədbirdə Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları, bu prosesdə istifadə olunan texnika və avadanlıqlar, eyni zamanda donor təşkilatların rolu önə çəkilib. Bununla yanaşı, mina təhdidinə qarşı görülən tədbirlər və mövcud vəziyyətə dair ətraflı təqdimat da keçirilib. Təəssüf ki, tədbir zamanı azad edilmiş ərazilərdə mina partlayışı nəticəsində daha bir itki baş verdiyi qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl də Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” mövzusunda fotosərgi və tədbir təşkil edilmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey