Maka Boçorişvili: Gürcüstan müxtəlif ölkələrin iştirakı ilə Orta Dəhlizin inkişafına mühüm diqqət yetirir
Gürcüstanın Orta Dəhliz layihəsində iştirak etməsi böyük əhəmiyyət daşıyır. Bu marşrutun inkişafına müxtəlif ölkələrin cəlb olunmasına xüsusi diqqət yetirilir.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Macarıstanda keçirilən brifinqdə çıxışı zamanı bildirib ki, Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir. Onun sözlərinə görə, bu əməkdaşlıq vacibdir və bu istiqamətdə işlər davam etdiriləcək.
Nazir qeyd edib ki, bu prosesdə Avropa Komissiyası ilə birgə işləmək önəmlidir və Gürcüstanın irəli sürdüyü təkliflər Avropa üçün mühüm əhəmiyyət kəsb edir. O, həmçinin Avropanın təhlükəsizliyi üçün strateji layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, bu məsələdə Macarıstanın Avropa strukturlarında göstərdiyi dəstəyə ümid etdiklərini bildirib.