Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb
Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot katapult edərək sağ qalıb və xilasetmə qrupu tərəfindən tapılıb. Onun vəziyyətinin stabil olduğu, həyatı üçün təhlükə olmadığı bildirilir.
Məlumata görə, təyyarə döyüş sursatı daşımırdı və insanların yaşamadığı əraziyə düşüb, buna görə də hər hansı dağıntı qeydə alınmayıb. İlkin ehtimallara əsasən, qəza texniki nasazlıq səbəbindən baş verib. Hadisənin araşdırılması üçün Rusiya Aerokosmik Qüvvələrinin mütəxəssisləri bölgəyə göndərilib.
Su-25 “Qraç” adlı zirehli hücum təyyarəsi döyüş meydanında quru qoşunlarına birbaşa dəstək vermək, eləcə də müəyyən koordinatlara malik hərəkətli və stasionar yerüstü hədəfləri, azsürətli hava obyektlərini məhv etmək üçün nəzərdə tutulub. Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.