Vens: ABŞ husilərlə birbaşa danışıqlar aparıb
ABŞ husilərlə birbaşa danışıqlar aparıb. Dalğatv “APA”ya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton regiondakı tərəfdaşları, o cümlədən Səudiyyə Ərəbistanı, eləcə də bölgədə baş verən hadisələrdən təsirlənən digər tərəflərlə daim təmasdadır.
“ABŞ administrasiyası bu məsələ üzərində çox fəal işləyir. Biz, həmçinin husilərlə birbaşa danışıqlar aparmışıq. Buna görə də vəziyyətin nəzarətimizdə olduğunu düşünürük”, – Vens deyib.
Vitse-prezident regiondakı vəziyyətin olduqca dəyişkən və dinamik xarakter daşıdığını vurğulayıb.
“Biz vəziyyəti izləməyə və amerikalıların maraqlarının ən yaxşı şəkildə qorunmasını təmin etməyə davam edəcəyik”, – deyə o əlavə edib.
