Gürcüstanda koronavirusa yoluxanların sayı yenidən artıb – Yeni açıqlama

Ölkədə daha 15 nəfərə koronavirus diaqnozu qoyulub.

24News.ge xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 385 nəfərə çatıb. Onlardan 84-ü sağalaraq evə buraxılıb, 3-ü isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 5 053, stasionar nəzarətdə isə 527 nəfər var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey