Tbilisidə 2 fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb, daha 1-i xəsarət alıb
Tbilisinin Ortaçala rayonunda tikilməkdə olan binadan yıxılan fəhlələrdən biri də ölüb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, ağır vəziyyətdə xəstəxanaya çatdırılan fəhlənin həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanaya yerləşdirilmiş digər fəhlə əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, tikilməkdə olan binadan yıxılan 3 fəhlədən 1-i yerindəcə ölüb.