Gürcüstanda sərnişin qatarı relsdən çıxıb
Gürcüstanda Kutaisi-Batumiistiqamətində hərəkət edən sərnişin qatarı relsdən çıxıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə Kutaisi dəmir yolu stansiyasının 150 metrliyində baş verib.
Qəza zamanı sərnişinlər qatarda olub. Onlar qatarı tərk ediblər.
Hadisə zamanı xəsarət alan olmayıb. İnsidentlə bağlı araşdırma aparılır.