Tbilisidə uçqun baş verib

Paytaxt Tbilisinin Şeşelicis küçəsində torpaq uçqunu olub.

24News.ge Birinci kanala istinadən xəbər verir ki, Qldani bələdiyyəsinin rəhbəri Beka Mikautadze açıqlama verərək, hadisə zamanı heç bir xəsarət alan olmadığını bildirib:

“Artıq neçə illərdir ki, burada bu təhlükə var idi. Son dövürdə əraziyə baxış keçirən paytaxt meri Kaxa Kaladzenin qərarına əsasən, hazırda sözügedən hissədə 21 milyon lari dəyərində 1 layihə həyata keçirilir. Bu üç mərhələli bir layihədir. Artıq ortada istinad divarı quraşdırılıb ki, bu da yuxarıdakı 16 mərtəbəli binaların təhlükə altında qalmamağı təmin edir. Sürüşmənin baş verdiyi ərazi, podratçı şirkət tərəfindən həyata keçiriləcək ərazidə 25 metrlik qoruyucu divar tikmək üçün artıq plan nəzərdə tutulub”, – deyə o bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey