Baş nazir regional rəhbərlərə fövqəladə hal rejimi ilə bağlı ciddi tapşırıqlar verdi
Ölkənin baş naziri, Giorgi Qaxariya regional rəhbərlərlə fövqəladə hal rejimi ilə qüvvəyə minmiş qadağaların tamamlanmasına nəzarət məsələlərini müzakirə edib.
Bu barədə hökumət administrasiyası məlumat yayıb.
Məlumatda qeyd edilir ki, baş nazir Acarıstan Muxtar Respublikasının hökumətinə və ölkənin digər regionlarının qubernatorlarına tətbiq edilən qadağaların qorunmasına kəskin nəzarət tapşırığı verib.
Baş nazir, qubernatorlara Səhiyyə Nazirliyi ilə əlaqə quraraq, regionlarda qaynar nöqtələrə və koronavirusa yoluxmuş xəstələrin qəbulu üçün klinikaların hazırlıq vəziyyətinin standarlara gətirilməsini tapşırıb.
Bundan əlavə, 144 qaynar xəttinin fövqəladə halın nəzərdə tutduğu qadağalar və icazələr barəsində əhalini intensif şəkildə məlumatlandırılmalarını bildirib.
Həmçinin, region qubenratorlarına, regionların ehtiyyaclarına uyğun olaraq, yaxın günlərdə hökumətə həmin iqtisadi obyektlər barədə məlumat vermək tapşırılıb, hansılar ki, fövqəladə hal bitdikdən sonra, prioritet kəsb edir.
Hökumət rəhbəri, regional nümayəndələrin fəaliyyətinin böyük önəm kəsb etdiyini də diqqətə çatdırıb.