Marneulinin Qırıxlı və Aşağı Qullar kənd sakinləri etiraz aksiyasına başladılar
Marneuli rayonunun, Qırıxlı və Aşağı Qullar kənd sakinləri etiraz aksiyası keçirirlər.
24News.ge xəbər verir ki, məhsullarını sata bilməyən kənd sakinləri sözü gedən kəndlərdən, Şulaveri kəndi ərazisinə doğru hərəkətə keçiblər.
Yürüyüş iştirakçıları, yerli hakimiyyət orqanlarından mövcud problemi həll etmələrini tələb edirlər.