Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Söhbət zamanı Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı və bu istiqamətdə verdiyi töhfələr xüsusi vurğulanıb. Bu kontekstdə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) strateji əhəmiyyətinə diqqət çəkilib.
Görüşdə Azərbaycanın Avropa bazarlarına enerji resurslarının, xüsusilə təbii qazın ixracını artırmaq üçün əlavə potensiala malik olduğu qeyd edilib. Bu imkanların reallaşdırılması baxımından Avropa İttifaqının mövcud maliyyələşdirmə və prosedur mexanizmlərinə yenidən baxılmasının vacibliyi vurğulanıb.
