Marneulidə aksiya iştirakçıları yolu bağladılar – Qubernator və mer hadisə yerindədir
Kənd təsərrüfatı məhsullarını sata bilməməkdən şikayətlənən, Marneulinin bir neçə kəndinin sakinləri Şulaveri kəndi ərazisinə toplanaraq, mərkəzi yolu bağlayıblar.
24News.ge-nin hadisə yerindəki jurnalistləri xəbər verir ki, aksiya iştirakçılarının tələblərini dinləmək üçün, bölgə qubernatoru, Şota Rexviaşvili və Marneuli meri, Zaur Darğallı etiraz aksiyası keçirilən əraziyə gəliblər.
Etirazçılar, tətbiq edilən qadağalara görə, becərdikləri məhsulları sata bilmədiklərini və bu barədə dövlət orqanları tərəfindən təcili tədbirlər görülməsini tələb edirlər.
Əraziyə polis dəstələri də cəlb edilib.