Marneulidə keçirilən etiraz aksiyası başa çatdı – YENİLƏNİB
Marneulidə bir neçə kənd sakinlərinin keçirdiyi etiraz aksiyası başa çatıb.
Aksiya iştirakçıları bağladıqları yolu açaraq ərazini tərk ediblər.
Etirazçılar və yerli hakimiyyət arasında əldə olunan razılığa əsasən, kənd sakinlərinin yetişdirdikləri məhsulu satmaqla bağlı problemləri olmayacaq.
Qeyd edək ki, etiraz aksiyasında Marneulidə ciddi karantin rejiminin ləğvi və məhsulların bazarlara çıxarılması üçün yolların açılması tələb olunub.