İtaliyada dənizkənarı kurort bölgədə yanğın olub, 600 nəfər təxliyə edilib

İtaliyada turist düşərgəsi yaxınlığında baş verən yanğın nəticəsində 600 nəfər təxliyə edilib

İtaliyanın Kastiqlione della Peskaya bölgəsində yerləşən turist düşərgəsinin ərazisində yanğın baş verib.

“Dalğatv” “ Azətac”a istinadən xəbər verir ki, yanğın nəticəsində evlər və yaşayış sahələri ilə əhatə olunan təxminən bir hektarlıq şam meşəsi alova bürünüb. Güclü tüstü geniş əraziyə yayılaraq turistlər arasında ciddi narahatlığa səbəb olub. Təhlükəsizlik məqsədilə düşərgədə olan təxminən 600 nəfər təxliyə edilib.

Yanğının söndürülməsi üçün əraziyə beş helikopter və mülki müdafiə qüvvələri cəlb olunub. Düşərgədəki idman zalında ilkin tibbi yardım və müvəqqəti toplanma məntəqəsi təşkil edilib.

Hadisə nəticəsində xəsarət alan qeydə alınmayıb. Lakin yanğın ətraf mühitə və infrastruktur obyektlərinə ciddi ziyan vurub. İlkin ehtimallara əsasən, yanğının nasaz su qurğusundan qaynaqlandığı bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey