Müdafiə Qüvvələrinin hərbçiləri sürüşmə zonasına cəlb edilib
Müdafiə Qüvvələrinin hərbçiləri Oni bələdiyyəsində sürüşmə zonasına cəlb ediliblər.
Xüsusi avadanlıqlarla təmin edilmiş hərbçilər axtarış-xilasetmə əməliyyatlarında iştirak edəcəklər.
Bildirilir ki, baş nazirin sərəncamına əsasən, Müdafiə nazirinin və Müdafiə Qüvvələri Komandanının əmrləri əsasında Şərq Komandanlığının döyüş-mühəndis batalyonu xüsusi texnika və vasitələrlə artıq Şovi rayonuna gəliblər. Hərbi mühəndislər sürüşmə sahəsindən keçmək üçün piyada ponton körpüləri də gətiriblər.
Qeyd edək ki, Raca-Leçxumi bölgəsinin Şovi kurortu ərazisində baş vermiş sürüşmə ərazidəki tikililərə, körpülərə və yollara zərər vuraraq sıradan çıxarıb. Təbii fəlakətdən sonra 11 nəfərin meyiti torpaq kütləsinin altından çıxarılıb, 25 nəfərin isə itkin düşdüyü bildirilir.