Tbilisidə aksiyaçılar hakim partyanın mərkəzi ofisinə yürüş ediblər
Tbilisidə parlament binası qarşısında keçirilən kütləvi aksiya iştirakçıları hakim Gürcü Arzusu Partyasının mərkəzi ofisinə qədər dinc yürüş edirlər.
Etirazçılar tələblərini partiyanın qərargahı qarşısında səsləndirəcəklər.
Ötəngünkü aksiyanın tələblərinin yerinə yetirilməsi üçün qoyulan vaxt başa çatıb.
Bu vaxta qədər aksiyanın tələblərindən heç biri yerinə yetirilməyib. Etirazçılar daxili işlər naziri Giorgi Qaxarianın istefası, iyunun 20-də keçirilən aksiya zamanı saxlanılan 305 nəfərin azadlığa buraxılması və proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
Aksiya iştirakçıları bu tələblərin yerinə yetirilməsi üçün hökumətə saat 14:00-a qədər vaxt veriblər. Əks halda onlar yenidən parlamentin binası qarşısında toplaşacaqlar.