Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb

Tbilisidə keçirilən etiraz aksiyasında tələblər açıqlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, etirazçılar ilk növbədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxarianın istefasını tələb edirlər.

İştirakçıların növbəti tələbi iyunun 20-də keçirilən aksiyanın amansızcasına dağıdılmasında iştirak edən polis əməkdaşlarının cəzalandırılması ilə bağlıdır.

Aksiyanın digər tələbi proporsional seçki sistemi ilə növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Son tələb iyunun 20-də aksiyada qarşıdurma zamanı saxlanılanların dərhal azad olunmasıdır. Tələblərin yerinə yetirilməsi üçün günün sonuna qədər vaxt verilib.

Aksiyaya müxalif siyasətçilər Gigi Uqulava, Giqa Bokeria və digərlərinin gəlməsi iştirakçılar arasında narazılıq yaradıb. Onların bəziləri aksiyanı tərk edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey