Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev:Son zamanlar baş verən dəyişikliklər , islahatlarn dinamikliyi bizdə milli efirimizlə bağlı böyük ümidlər yaradır.

“Televiziya dövlətin milli səciyyəsini formalaşdıran əsas vasitələr sırasındadır. Azərbaycan dövlətçiliyinin ən mühüm atributlarından biri, təbliğat vasitəsi olan televiziyanın tarixi Azərbaycan Dövlət Televiziyasından başlanır. Azərbaycan televiziyası həmişə dövlətçiliyin qorunması və xalqın maariflənməsinə xidmət göstərib.Son aylar Azərbaycan Televiziyasında həyata keçirilən radikal dəyişikliklər bütün verilişlərdə, müəllif və konsert programlarında, filmlərin təqdimatında ozünü əyani göstərir. Dövlət Televiziyası baxımlı, rəngarəng verilişləri ilə auditoriyanın diqqətini özünə cəlb etməyi bacarıb. Milli Televiziyanın soydaşlarımızı maarifləndirən, zənginləşdirən, zövqünü formalaşdıran, onları milli kökə, mənəvi dəyərlərə bağlayan yeni layihələri dünyanın bir çox ölkələrində olduğu kimi, Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən də rəğbətlə qarşılanır və müzakirə olunur. Belə ki, Azərbaycan Dövlət Televiziyası bütün dünyada , eləcə də , soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli- Borçalı bölgəsində də böyük tamaşaçı auditoriyasını ətrafına toplamağı bacarıb. Biz çox istərdik ki, dövlət kanalımızda Gürcüstanda yaşayan soydaşlarımızla bağlı da maraqlı sujetlər, verilişlər hazırlansın , onlara göstərilən xüsusi diqqət və qayğı daha da artsın.
Dövlət Televiziyasında zamanın nəbzini tutan verilişlərə böyük yer verilməsi, gəncləri maraqlandıran mövzulara toxunulması da günümüzün vacib məsələlərindəndir.
Son zamanlar baş verən dəyişikliklər , islahatlarn dinamikliyi bizdə milli efirimizlə bağlı böyük ümidlər yaradır”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey