Gürcüstanda yol qəzası 3 can aldı

Gecə saatlarında Acarıstan bölgəsinin Şuaxevi rayon ərazisində avtomobil qəzası baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, gecə saatlarında avtomobil yoldan çıxaraq, təqribi olaraq 100 metr hündürlükdən dərəyə yuvarlanıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib. Onlardan 2 nəfəri Fövqəladə Halların İdarəetmə Mərkəzinin əməkdaşıdır.

Faktla bağlı, Daxili İşlər Nazirliyi cinayət məcəlləsinin 276-cı maddəsi əsasında istintaq başladıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey