Marneulinin bu kəndində sakinlər şokdadır – Bir gecədə dörd naməlum yanğın baş verib

Ötən gecə Marneuli rayonunun Xixani kəndində dörd naməlum yanğın hadisəsi baş verib.

Eyni anda kənddə iki ev, ambulatoriya binası və mal tövləsində yanğın baş verib.

Ambulatroiya binasında baş verən yanğının qarşısı tez bir zamanda alınıb və yanğın binaya ciddi zərər vurmayıb.

Yanğından əziyyət çəkən iki yaşayış evinin isə birinci mərtəbələri yanıb. Hər iki evin birinci mərtəbəsində mal-qara üçün ot saxlanılırmış. Bundan əlavə, kənd sakininə məxsus tövlə də yanaraq külə dönüb. Xoşxbətlikdən tövlədəki mal-qara vaxtında çıxarılıb.

Xixani kənd sakinləri baş vermiş hadisənin ilk olmadığını və qəsdən törədildiyini düşünürlər. Vətəndaşlar bildiriblər ki, bu tipli halların bir neçə dəfə baş verməsinə baxmayaraq, bu günədək məsələ ilə bağlı heç kim saxlanılmayıb. Sakinlər həmçinin yerli özünüidarəetmə orqanının da məsələyə laqeyid yanaşdıqlarını iddia ediblər.

Kəndlilər sosial ziyyətin çətinliyindən və kənddə artan oğurluq hallarından da şikayətləniblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey