Gürcüstanın XİN başçısı Türkiyəyə səfər edəcək
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani yaxın zamanlarda Türkiyəyə səfər edəcək.
Bu barədə Gürcüstanın Türkiyədəki səfiri Giorgi Cancğava Birinci kanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, XİN başçısı Türkiyə və Gürcüstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçiriləcək növbəti toplantısında iştirak edəcək.
Səfir son 30 ildə iki ölkə arasında münasibətlərin çox intensiv olduğunu qeyd edib: “Münasibətlərimiz inkişaf edir və hazırda biz tamamilə yeni səviyyəyə qədəm qoyuruq. Türkiyə bizim strateji tərəfdaşımız, dost və qonşumuzdur”.