İsrail son bir ayda Livanda 50 hədəfə hücum edib
İsrail ordusu Livanda 50 hərbi hədəfə zərbə endirib
Son bir ay ərzində İsrail Müdafiə Qüvvələri Livan ərazisində yerləşən 50-dən artıq hərbi obyektə zərbə endirib. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hava və artilleriya zərbələri əsasən radikal qruplaşmalara məxsus mövqeləri, hərbi infrastruktur obyektlərini və logistik mərkəzləri hədəfə alıb. Qeyd olunub ki, əməliyyatlar Livan ərazisindən İsrailin şimal bölgələrinə qarşı həyata keçirilən hücumlara cavab olaraq həyata keçirilib.
“İsrail ordusu bir ay ərzində Livan boyunca 50-dən çox hədəfə dəqiq zərbələr endirib. Bu tədbirlər, atəşkəs rejiminin pozulması və İsrailin dövlət təhlükəsizliyinə, eləcə də vətəndaşlarına real təhdidlərin yaranması fonunda zəruri olub”, – rəsmi məlumatda qeyd edilib.
Mətbuat xidmətinin açıqlamasında vurğulanıb ki, İsrail öz ərazilərinin və vətəndaşlarının müdafiəsini təmin etmək üçün bütün zəruri tədbirləri görməkdə davam edəcək.
Hazırda bölgədə vəziyyət gərgin olaraq qalır və tərəflər arasında atəşkəs rejiminin tam bərpası üçün diplomatik səylər davam etdirilir.