Prezident vətəndaşlara seçki ilə bağlı müraciət edib…
Ölkə Prezidenti Salome Zurabişvili vətəndaşlara müraciət edərək, seçkilərə çıxmağa çağırıb.
Prezident müraciətində səsvermə zamanı heç bir təzyiqdən qorxmamağa çağırış edib.
O vətəndaşlara bildirib ki, “heç kim sizin kimə səs verdiyinizi görməyəcək:
“Əziz həmvətənlərim, əvvəlcə hamınıza çox təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm, bugün haradasa sırada dayanan hər kəsə, öz bölgənizə getmək və oradan səs vermək üçün, çünki orada qeydiyyatlısınız, nə qədər çətinliklər olsun – nəqliyyat olmasın, çətin olsun, uzun zaman alsın və uzun yol olsun, siz yenə də gedirsiniz və oradan səs verirsiniz.
Xaricdə, mühacirətdə olan vətəndaşlarımıza. Onlar da mübarizə aparıblar və mübarizə aparırlar ki, öz səs və dinləməyə hüquqları olsun… və onların səsi sabah eşidiləcək.
Bu çox önəmlidir, mən müraciət etmək və təşəkkür etmək istəyirəm İsraildə, bu çox çətin dövrdə, orada seçki məntəqəsinin açılması üçün mübarizə aparanlara. Haradasa açıla bilmədi, haradasa seçki məntəqəsi çatmadı, haradasa hüququnuz pozuldu, uzaqda yaşayanlar üçün, amma ümid edirəm ki, bunlar düzələcək.
Gözləmədən təşəkkür etmək istəyirəm o gənclərə ki, bu qədər mobilizasiya olunublar, bu gün artıq görünür və sabah da hər seçki məntəqəsində olacaqlar və ilk dəfə öz həyatlarında seçdikləri partiyaya səs verəcəklər. Burada ən önəmli şey, hər kəsin öz fikri, istəyi, iradəsi ilə seçim etməsidir. Heç kim, heç nəyi sizə məcbur edə bilməz! Heç kim sizin kimə səs verdiyinizi görməyəcək və buna görə, sabah heç kim sizi cəzalandıra bilməyəcək! Heç bir revanş olmayacaq, nə bir tərəfdən, nə də digər tərəfdən. Bu, sizin, hamınızın prezidenti olaraq, mənim sözümdür.
Seçkilərə gedin, heç nədən qorxmayın, bu ölkənin gələcəyi sizin səsinizlə qərar veriləcək. Heç kim evdə qalmamalıdır, sabah Gürcüstanın necə olacağını siz qərar verirsiniz!” – deyə Prezident qeyd edib.