Bu gün ölkədə tarixi XI Parlament seçkisi keçirilir…

Bu gün, 26 oktyabr tarixində Gürcüstanda XI çağırış parlament seçkisi keçirilir.

İlk dəfə olaraq parlament seçkiləri tam proporsional sistemlə keçirilir.

Ümumilikdə 150 mandat uğurunda mübarizə, 5 faizlik seçki baryerini keçən seçki subyektləri arasında bölünəcək.

Həmçinin ilk dəfə olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkiləri elektron şəkildə baş tutacaq və burada seçicilərin təxminən 90%-i elektron cihaz vasitəsilə səs verəcək.

MSK-nın məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Elektron texnologiyalardan istifadə etməklə 3 milyon 113 min 747 seçici seçkilərdə iştirak edəcək.

2024-cü il parlament seçkilərində 18 siyasi birlik iştirak edir. Seçici aşağıdakı siyasi birliklər arasında seçim etməli olacaq:

(3) “Gürcüstan Birlik və İnkişaf Partiyası”

(4) “Dəyişiklik üçün koalisiya” – Qvaramia, Melia, Qirçi, Droa

(5) “Birlik – Milli Hərəkat”

(6) “Avropalı Demokratlar”

(8) “Gürcü Vətənpərvərlər Alyansı”

(9) “Güclü Gürcüstan” – Lelo, Xalq üçün, Azadlıq üçün!”

(10) “Gürcüstanın Leyboristlər Partiyası”

(12) “Bizim Vahid Gürcüstanımız”

(16) “Gürcüstanı dəyiş”

(17) “Gürcüstan”

(20) “Azad Gürcüstan”

(21) “Tribuna”

(23) “Biz”

(25) “Qaxaria Gürcüstan üçün ”

(26) “Sol Alyans”

(27) “Gürcü birliyi”

(36) “Qirçi”

(41) “Gürcü arzusu”.

MSK-nın məlumatına görə, ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək.

Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə – 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. Xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına 95 910 seçici daxil edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey