Bu gün 9 aprel qəhramanlıq tarixindən 32 il ötür
Bu gün 1989-cu ilin 9 aprel tarixində paytaxt Tbilisidə vətən uğurunda qəhrəmancasına şəhid olan qardaş-bacılarmızın qəhramanlıq tarixindən 32 il ötür.
Həmin gün sovet qoşunları Tbilisinin mərkəzində Gürcüstan parlamentinin binası qarşısında dövlət müstəqilliyinin tələbi ilə keçirilən dinc aksiyanı amansızcasına dağıdıb.
Nəticədə əksəriyyəti qadın olmaqla 21 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
Faciədən iki il sonra 1991-ci ilin aprelin 9-da Gürcüstanın Ali Şurası dövlət müstəqilliyinin bərpasını elan edib.
9 aprel Gürcüstan tarixinə faciəvi günlə yanaşı, eyni zamanda dövlət müstəqilliyinin bərpası günü kimi də daxil olub.