Tbilisidə İran vətəndaşı özünü 15-ci mərtəbədən atıb
Tbilisinin “Dirsi” yaşayış məntəqəsində yaşayan İran vətəndaşı 15-ci mərtəbədən özünü atıb.
30 yaşlı İran vətəndaşı yerindəcə dünyasını dəyişib.
Şahidlərin verdiyi məlumata əsasən, intihar edən şəxs intihardan əvvəl məktub da yazıb.
Məktubda o, İrana zorla qaytarılacağını və orada onu ölüm təhlükəsi gözlədiyini qeyd edib.
Ailə üzvlərinin verdiyi məlumata görə, Gürcüstan hökuməti intiar edən gəncin Gürcüstanda yaşama hüququnu ləğv edib və İrana deportasiya etməyi planlaşdırıb.