NATO-nun keçmiş baş katibi Saakaşvilinin həbsinə münasibət bildirdi: “Bunu Gürcüstan üçün mənfi…”

Şimali Atlantika Alyansının (NATO) keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstanın üçüncü prezidentinin həbsini mənfi addım kimi qiymətləndirib.

Anders Foq Rasmussen bu barədə “Amerikanın Səsi”nə müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, əgər Saakaşvili barəsində ədalətli qərar verilməsə Gürcüstan üçün təkcə qanunun aliliyi baxımından deyil, ümumilikdə ölkənin durumu ilə bağlı yeni suallar yaranacaq:
“Mən bunu Gürcüstan üçün mənfi element hesab edirəm, lakin bu barədə təfərrüatlı danışmaqdan çəkinəcəm, çünki ona qarşı hansı ittihamlar olduğunu və niyə belə qəfildən Gürcüstana qayıtmaq qərarına gəldiyini bilmirəm. Ümid edirəm ki, onun barəsində ədalətli məhkəmə aparılacaq. Əks halda, Gürcüstan üçün təkcə qanunun aliliyi baxımından deyil, ümumilikdə ölkənin durumu ilə bağlı yeni suallar yaranacaq”.

O həmçinin, mövcud siyasi böhranın Gürcüstanın NATO-ya üzv olmasına problem yarada biləcəyini də qeyd edib:
“Mövcud siyasi böhrandan Gürcüstanın Alyansa üzvlüyünə onsuz da şübhə ilə yanaşan NATO üzvləri istifadə edə bilər. Onlar Gürcüstanı NATO-ya niyə dəvət etməmələri ilə bağlı daxili siyasi mübahisələri arqument kimi istifadə edə bilərlər. Mənim məsləhətim budur ki, Gürcüstan hökuməti yaranmış vəziyyəti sabitləşdirə bilsin”, – deyə Rasmussen qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey