Seçkilərin ikinci turu keçiriləcək böyük şəhərlərdə sorğu keçirildi – Nəticələr…
“İPSOS” təşkilatı ikinci turun keçiriləcəyi böyük şəhərlərin sorğu nəticələrini elan edib.
Sorğu zamanı hakim partiya 51,6%-lə bir tək Tbilisidə yüksək nəticəni əldə edib.
Müxalifətə gəldikdə isə, Vahid Milli Hərəkatın ən yüksək nəticəsi 54,7%-lə Zuqdididə qeydə alınıb.
Sözügedən sorğunun nəticələrini aşağıda sizə təqdim edirik:
● Tbilisi sakinlərinin 51,6%-i Kaxa Kaladzenin yenidən mer olmasını istəyir, 48,4%-i isə Nika Melianın mer olmasını istəyir.
● Batumi sakinlərinin 51,3%-i Vahid Milli Hərəkatın namizədi olan Giorgi Kirtadzenin mer olmasını, 48,7%-i isə Gürcü Arzusunun namizədi Arçil Çikovaninin mer olmasını istəyir.
● Kutaisi sakinlərinin 51,7%-i Vahid Milli Hərəkatın namizədi Xatia Dekanoidzenin mer olmasını, 48,3%-i isə Gürcü Arzusunun namizədi İoseb Xaxaleişvilinin mer olmasını istəyir.
● Rustavi sakinlərinin 53,1%-i Vahid Milli Hərəkatın namizədi David Kirkitadzenin mer olmasını, 46,9%-i isə hakim partiyanın namizədi Nino Laçabidzenin mer olmasını istəyir.
● Zuqdidi sakinlərinin 54,7%-i Vahid Milli Hərəkatın namizədi Anzor Melianın mer olmasını, 45,3%-i isə hakim partiyanın namizədi olan Mamuka Cocerianın mer olmasını istəyir.
Qeyd edək ki, sözügedən sorğunu Mtavari Arxi kanalının sifarişi ilə İPSOS təşkilatı, 23-27 oktyabr tarixlərində 2 600 respodent arasında həyata keçirib.