Qaribaşvili: “Diktator Saakaşvilinin hakimiyyətini yaxşı xatırlayırıq”

“Biz gələcəyi düzəltmək məcburiyyətindəyik, lakin keçmişi xatırlamaq və xatırlatmaq çox vacibdir2.

Bu sözləri bu gün paytaxt Tbilisidə hakim partiyanın mitinqində çıxış edən baş nazir İrakli Qaribaşvili deyib.

O deyib ki, keçmişdə etdiyimiz düzəlməz səhvləri təkrarlamamalıyıq:

“Tarix çox yaxşı müəllimdir və biz hardan gəldiyimizi, hansı yolu tutduğumuzu xatırlamalı və keçmişin səhvlərini, düzəlməz səhvləri təkrarlamamalıyıq – vətəndaş müharibəsi, ərazilərin itirilməsi, ölkədə cinayətkar dəstələrin basqınları, diktator Saakaşvilinin hakimiyyətini yaxşı xatırlayırıq. Biz zülmkar və zorakı rejimin əsas yaradıcılarını, həbsxana qəssablarını, işgəncə verənləri və qatilləri həbs edərək ədaləti mərhələ-mərhələ bərpa etdik”, – deyə İ.Qaribaşvili bildirib.
Qeyd edək ki, bu gün Paytaxt Tbilisinin Azadlıq meydanında hakim “Gürcü arzusu” partiyası seçki öncəsi yekun mitinqini keçirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey