Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüş keçirib.

Prezident İlham Əliyev qonaqları salamlayaraq bildirib:

“Hörmətli cənab Prezident, hörmətli qonaqlar! Sizi səmimiyyətlə salamlayır, Azərbaycana xoş gəlmisiniz deyirəm. Sizin səfərinizə böyük əhəmiyyət veririk və əminik ki, bu səfər tarixi əhəmiyyət daşıyacaq. Bu gün məhdud tərkibdə keçirdiyimiz görüşdə bir çox məsələləri müzakirə etdik və əməkdaşlığın dərinləşməsi üçün geniş imkanların mövcud olduğunu gördük. Siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı hər iki qardaş xalqın maraqlarına xidmət edir. Əminəm ki, bu gün müzakirə olunacaq məsələlər və veriləcək tapşırıqlar ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Son aylar ərzində hökumətlərimizin üzvləri sıx təmasda olmuş, qarşılıqlı səfərlər həyata keçirilmiş və bir sıra məsələlər razılaşdırılmışdır. Bu gün imzalanacaq sənədlər və qəbul ediləcək qərarlar xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.”

Daha sonra İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian çıxış edərək dedi:

“Bismillahir-rəhmanir-rəhim. Azərbaycanın hörmətli Prezidenti, əziz qonaqlar və qardaşlarımız! Azərbaycanda olmaqdan və sizinlə görüşməkdən böyük məmnunluq duyuram. Ümidvaram ki, bu səfər, daha əvvəl keçirilən iclaslarda mütəxəssislərimizin hazırladığı razılaşmalar və imzalanacaq sazişlər Azərbaycanla dostluq və qardaşlıq əlaqələrimizin inkişafına və bölgədə səmərəli əməkdaşlıq nümunəsinin formalaşmasına təkan verəcək. İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin salamlarını Sizə çatdırıram. Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağ üzərində suverenliyini tanıyırıq və hörmətlə yanaşırıq. Əminəm ki, bu səfər ölkələrimiz arasında əlaqələrin və birliyin daha da möhkəmlənməsinə xidmət edəcək.”

Prezident İlham Əliyev göstərilən salam və xoş sözlərə görə təşəkkürünü bildirib və öz salamlarını İran İslam Respublikasının Ali Rəhbərinə çatdırmağı xahiş edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey