Kaladze: “Çox xoşbəxtəm, şadam ki, ikinci turda qələbə qazandıq”
“Çox şadam ki, ikinci turda qalib gələ bildik. Biz layiqli qələbə qazandıq”.
Hakim “Gürcü Arzusu” partiyasının Tbilisi üzrə mer namizədi Kaxa Kaladze, bu sözləri Qorbinin keçirdiyi “exit-poll”un nəticələri açıqlandıqdan sonra deyib.
O, dəstək verənlərə təşəkkür edib və siyasi baxışından asılı olmayaraq bütün insanların meri olacağına söz verib.
Xatırladaq ki, “Qorbi” təşkilatının keçirdiyi “exit-poll”un nəticələrinə görə, seçkilərin ikinci turunda “Gürcü arzusu” partiyasının namizədləri qalib gəlib.
“Mtavari Arxi” kanalının keçirdiyi “exit-poll”un nəticələrinə görə isə “Vahid Milli Hərakat”ın namizədləri daha çox səs toplayıblar.
Qeyd edək ki, bu sadəcə seçicilər arasında aparılan “exit-poll”un nəticələridir, səslərin yekun sayı MSK tərəfindən açıqlanacaq.