Qaribaşvili: “İlkin məlumatlara görə, biz bütün bələdiyyələrdə qalib gəlmişik”

“İlkin məlumatlara görə, biz bütün bələdiyyələrdə qalib gəlmişik – qələbə münasibətilə hamını təbrik edirik”.

Bu barədə baş nazir İrakli Qaribaşvili səsvermə prosesindən sonra “Qorbi”nin keçirdiyi “exit-poll”un nəticələri ilə tanış olduqdan sonra bildirib.

O, Kaxa Kaladzeni və həmçinin “Gürcü Arzusu”nun digər namizədlərini təbrik edib:
“Hər kəsi qələbə münasibətilə təbrik edirəm! Hamınızı ikinci turda qalib gəlməniz münasibətilə təbrik etmək istəyirəm. Xalqımıza və dəstək olanlara çox sağ deyirəm. Allaha şükür, çox yaxşı, seçkilər sakit keçdi və biz ilkin məlumatlara görə bütün bələdiyyələri qazandıq. İndi, əlbəttə ki, yekun məlumatların açıqlanmasını sakitcə gözləməliyik”, – deyə Baş nazir bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey