Gürcüstanda səfərdə olan Polşa prezidenti təmas xəttinə baş çəkib

Polşa prezidenti Andjey Dudanın Gürcüstana rəsmi səfəri davam edir.

Prezident səfər çərçivəsində Gürcüstanın işğal altında olan Çxinvali regionu ilə təmas xəttində yerləşən Ocisi kəndində olub.

Polşa prezidenti sözügedən kəndə Avropa İttifaqının müşahidəçi missiyasının əməkdaşları ilə birlikdə yollanıb.

Məlumata əsasən, müşahidəçi missiya Andjey Dudaya işğal altındakı bölgələr və mövcud vəziyyətlə bağlı məlumatlar veriblər.

Prezidentin nəzərinə çatdırılıb ki, Avropa İttifaqının Gürcüstandakı ərazi münaqişələri ilə bağlı mövcud olan müşahidəçi missiyasında, 17 nəfər Polşa vətəndaşı da fəaliyyət göstərir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey