Azərbaycan hərbçiləri Gürcüstanda beynəlxalq logistika təlimində iştirak edirlər

Gürcüstanda çoxmillətli komanda-qərargah logistika təliminə (“LOGDEV 2019”) start verilib.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoria, Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimir Çaçibaya və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimdə Azərbaycanla yanaşı Albaniya, ABŞ, Bosniya və Herseqovina, Şimali Makedoniya, Monteneqro, Gürcüstan, Serbiya, Ukrayna, Finlandiya, İsveç və Xorvatiyadan, ümumilikdə, 130 hərbçi iştirak edir.

Təlimin məqsədi çoxmillətli əməliyyatların planlaşdırılması və yerinə yetirilməsində NATO standartlarına uyğun logistik heyət və logistik dəstəyin hazırlanmasıdır.

Beynəlxalq logistika təlimi mayın 17-dək davam edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey