Prezident parlamentin qəbul etdiyi qanuna veto qoyub

Paytaxt Tbilisidə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq yenidən genişmiqyaslı aksiya başlayıb.

Parlament binasının qarşısına toplaşmış nümayişçilər hakim “Gürcü Arzusu” partiyasının yenidən parlamentə təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər.

Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

Aksiya iştirakçıları bir neçə dəqiqə əvvəl parlamentin qarşısındakı Rustaveli prospektini avtomobillərin hərəkəti üçün bloklayıblar.

Nümayişçilərin əllərində “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” plakatları tutublar.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı davam edən aksiya iştirakçıları ötən günlərdə saxlanılan fəalların azadlığa buraxılmasını tələb edirlər.

Etirazçılar parlament binası önündən əvvəlcə “Gürcü arzusu”nun ofisinə, sonra Ədliyyə Evinə, sonda isə Qırmızı Cümə günü ilə bağlı kilsəyə yürüş etməyə başlayıblar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey