Qırmızı Körpü sərhəd-keçid məntəqəsindəki son vəziyyət – Vətəndaşlar bu qayda ilə keçirlər

Azərbaycandan gələn Gürcüstan vətəndaşlar müvafiq sənədləri təqdim etdikləri təqdirdə, Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən ölkəyə problemsiz şəkildə daxil ola bilirlər.

24News.ge xəbər portalının Qırmızı Körpü sərhəd-keçid məntəqəsinə ezam olunmuş müxbiri bu barədə məlumat verib

Əməkdaşımızın verdiyi məlumata əsasən, Azərbaycandan Gürcüstana gələnlər sərhəddəki digər sənədlərlə birlikdə “PCR” testin cavabını təqdim etdikləri təqdirdə, Gürcüstana problemsiz şəkildə daxil olurlar.

Xatırladaq ki, Gürcüstan bu gün 50-dən artıq ölkənin vətəndaşları üçün quru sərhədlərini açıb.

Qeyd edək ki, Qırmızı Körpü sərhəd-keçid məntəqəsindən hazırlanan daha geniş reportaja, axşam saat 21:00-da xəbər portalımızda yayımlanan “Xəbər Vaxtı” informasia buraxlışında baxa bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey