ÜST nümayəndəsi 2021-ci ildə virusun azalacağını açıqladı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiya üzrə nümayəndəsi Melita Vuynoviç koronavirusun 2021-ci ildə yox olması variantına şübhə ilə yanaşdığını, lakin yayılmanın azalacağını deyib.
Bu barədə o, Azərbaycan əsilli jurnalist Nailə Əskərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus. Birinci il” verilişinə müsahibəsində deyib.
Vuynoviç pandemiyanı artıq növbəti il dayandırmağın mümkün olacağına ümidini ifadə edib, ancaq ÜST rəsmisi hesab edir ki, dünya infeksiyadan hələ belə tezliklə qurtulmayacaq.
Vuynoviçin sözlərinə görə, indi hazırlanan peyvəndlər koronavirusun yayılma qarşısını almaqda ciddi kömək edəcək.