Paytaxt Tbilisidə Müstəqillik Gününə həsr olunan tədbir baş tutub

Paytaxt Tbilisinin Azadlıq Meydanında Müstəqillik Gününə həsr olunan tədbir baş tutub.

Açılış tədbirində ölkə prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili, parlamentin sədri Kaxa Kuçava, Gürcüstanda rəsmi səfərdə olan Polşanın prezidenti Andjey Duda çıxış ediblər.

Rəsmilər Gürcüstanın müstəqillik dövründə bir sıra uğurlara nail olduğunu qeyd ediblər. Bildirilib ki, bundan sonra da Gürcüstanın müstəqilliyini və gücünü möhkəmləndirmək gündəlik səylər və fədakarlıq tələb edir.

Qeyd edək ki, çıxışlardan sonra pandemiya səbəbi ilə, Azadlıq Meydanında məhdud şərtlər altında hərbi parad keçirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey