Açıqlama – Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozub
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən Azərbaycan postları istiqamətində avtomat silahlardan havaya atəş açıb.
Cavab atəşi açılmayıb. İtki yoxdur.