Tbilisidə etirazçılar Qəhrəmanlar Meydanının ətrafını bağladılar
Namaxvani HES-in tikintisinə etiraz edən yüzlərlə vətəndaş, paytaxt Tbilisinin Qəhrəmanlar meydanını bağlayıblar.
Etirazçılar gecəni Filarmoniya binası qarşısında keçirməyi planlaşdırırlar.
Təşkilatçıların sözlərinə görə, onlar etiraz aksiyasını 26 may, gününün birinci yarısınadək payxatda davam etdirəcəklər. Daha sonra isə avtomobil karvanı ilə Namaxvani HES-in tikintisinin həyata keçirilməsinin planlaşdırıldığı əraziyə gedəcəklər.
Qeyd edək ki, Tbilisidə Namaxvani HES əleyhinə etiraz aksiyası bazar günündən etibarən başlayıb.
Məlumat üçün bildirək ki, etirazçılar hökumətdən Su Elektrik Stansiyasının tikintisinin dayandırılmasını, Türkiyənin “Enka” şirkəti ilə bağlanan müqavilənin ləğv edilməsini və şirkətin Rioni dərəsini tərk etməsini tələb edirlər.