Qardabanidə virusla bağlı son vəziyyət…

Qardabani rayonunda indiyədək koronavirusa ümumi olaraq 59 yoluxma halı qeydə alınıb”.

Bu sözləri Xəstəliklərə Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.

O bildirib ki, bu göstərici ölkə üzrə ümumi yoluxmaların 4%-ni təşkil edir.

Mərkəz rəhbərinin sözlərinə görə, Qardabani üzrə qeydə alınan yoluxma hallarının 29-u Qaracalar kəndinin payına düşüb:

“Gürcüstanda hazırda iki “qaynar nöqtə” var. Bunlar Qardabani rayonu və Qaracalar kəndidir”, – deyə o bildirib.

A.Qamkrelidze rayon üzrə 3 394 nəfərin testdən keçirildiyini, 142 nəfərin isə karantinə yerləşdirildiyini qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey