Son Dəqiqə! – Sadaxlı kəndində sakinlərin tələbi yerinə yetirildi

Ötən gün Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladının vətəndaşlara qarşı etdiyi qeyri etik hərəkətlərə görə, kənd sakinləri iki gündür ki, sözügedən şəxsin polis bölməsindən çıxarılmasını tələb edirdilər.

24News.ge xəbər portalına sakinlərin verdiyi məlumata görə, kənd sakinlərinin tələbi yerinə yetirilib və hazırda polis əməkdaşı işdən azad olunub.

Sözügedən məsələ ilə bağlı Sadaxlı kəndinin bələdiyyə deputatı, Rövşən İsgəndərovla əlaqə saxladıq. R. İsgəndərov polis əməkdaşının işdən azad olunması ilə bağlı məlumatların doğru olduğunu bildirdi. O, qeyd etdi ki, lazımı qurumlar sakinlərin tələbini yerinə yetirərək polis əməkdaşını, Sadaxlı kənd polis idarəsindən uzaqlaşdırıblar.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Kvemo-Kartli üzrə mətbuat xidməti bu barədə bizə yaxın saatlarda məlumat verəcəklərini bildirdilər.

Xatırladaq ki, ötən gün Sadaxlı kənd polis idarəsində işləyən yerli etnik erməni polis əməkdaşının övladı, avtomobillə kəndin mərkəzində toplaşan bir qrup sakinlərin yaxınlığına sürərək avtomobillə müxtəlif manevirlər edib, sonra isə orta barmağı ilə sakinlərə qeyri etik işarələr göstərib. Hadisədən hiddətlənən Sadaxlı kəndinin bir qrup sakini sözügedən şəxsi saxlayıb və aralarında mübahisə yaranıb sonra isə mübahisə fiziki qarşıdurmaya çevrilib.

Məlumata görə, dünən gün boyu Sadaxlı kənd sakinləri kənd ərazisində toplaşaraq sözügedən şəxsin valideyni, polis əməkdaşının işdən azad olunmasını tələb ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey