Daha 250-yə yaxın azərbaycanlı Gürcüstandan təxliyə olunub

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşı və soydaşlarımızın növbəti təxliyə prosesi yekunlaşdırılıb.

250-yə yaxın şəxs 4 avtobusla Tbilisidən Azərbaycan sərhəddindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıb.

Onların Azərbaycan ərazisinə növbəli şəkildə daxil olması təmin edilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, vətəndaş və soydaşların Vətənə çatdırılmasının təlimata uyğun davam etdirilməsi nəzərdə tutulub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey