Gürcüstanın Baş naziri İrakli Kobaxidze: TDU və GTU birləşdirilməyəcək

Gürcüstan hökuməti Tbilisi Dövlət Universiteti (TDU) ilə Gürcüstan Texniki Universitetinin (GTU) birləşdirilməsi barədə əvvəlki qərarını dəyişib.

Baş nazir İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirdiyi brifinqdə bildirib ki, Tbilisi Dövlət UniversitetiGürcüstan Texniki Universiteti birləşdirilməyəcək. Bununla yanaşı, “bir şəhər – bir fakültə” prinsipi çərçivəsində GTU tam texniki profilli universitetə çevriləcək.

Baş nazirin sözlərinə görə, GTU-da yalnız 1990-cı illərə qədər tədris olunan texniki ixtisaslar saxlanılacaq. Növbəti akademik ildən texniki profili olmayan ixtisaslar üzrə qəbul aparılmayacaq, mövcud qeyri-texniki proqramlar isə iki il ərzində mərhələli şəkildə ləğv ediləcək.

Qeyd edək ki, yanvarın 29-da elan edilən birləşmə qərarı hər iki universitetin akademik ictimaiyyəti tərəfindən tənqid edilmiş, TDU Senatı və GTU Akademik Şurası bu təşəbbüsün məqsədəuyğun olmadığını bildirmiş, Tbilisidə etiraz aksiyaları keçirilmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey