Türkiyə Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Ramazan bayramı münasibətilə təbrik məktubu göndərib.
“Dalğatv” xəbər verir ki, məktubda aşağıdakı ifadələr yer alıb:
“Hörmətli Prezident, Əziz Qardaşım,
Zati-alinizi Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu mübarək bayramın İslam aləminə və bütün bəşəriyyətə sülh və əmin-amanlıq gətirməsini diləyirəm.
Cənabi-Haqqdan dövlətlərimiz arasındakı həmrəyliyin və birliyin daha da möhkəmlənməsini arzu edirəm. Xalqım adından və şəxsən öz adımdan Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə rifah və firavanlıq arzulayıram.”*