İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir


İsrail Ordusu son saatlarda Qəzza zolağının cənubundakı təhlükəsizlik zonasını genişləndirmək məqsədilə Rəfahın Əl-Cenina bölgəsində quru əməliyyatına start verib.

Məlumata görə, əməliyyat çərçivəsində İsrail qüvvələri HƏMAS-a məxsus infrastruktur obyektlərini hədəf alaraq məhv edib. Bununla yanaşı, İsrail aviasiyası Qəzza zolağının müxtəlif nöqtələrində HƏMAS mövqelərinə hava zərbələri endirməyə davam edir.

Əldə edilən məlumatlara əsasən, son günlər ərzində məhv edilən hədəflər arasında silah anbarları, reaktiv yaylım atəşi sistemləri, hərbi məqsədlər üçün istifadə olunan binalar və digər obyektlər yer alır. Həmçinin, İsrail ərazisini minaatanlardan atəşə tutan bir neçə silahlı şəxs zərbələr nəticəsində öldürülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey